PSG Mbappeyə ilə 50 milyon avroluq müqavilə təklif edəcək

14 Fevral, 13:00 Sosial mediada paylaşın:
PSJ klubu Kilian Mbappeyə yeni müqavilə şərtləri təklif etməyə hazırlaşır.
İspaniya mətbuatı yazır ki, parislilər “Real”ın 21 yaşlı hücumçunu ala biləcəyindən narahatdırlar. Bunu nəzərə alan PSJ rəhbərliyi Mbappeyə ilə 50 milyon avroluq yeni müqavilə təklif edir. Futbolçu ilə bağlı daha bir diqqətçəkən məqam isə qətərli sərmayədarların 2022-ci ildə Kilianı özlərinin maliyyələşdirdiyi klubun oyunçusu kimi tanıtmaq istəməsidir. Onun “Real”a gedişi, bu mənada, strateji məğlubiyyət olardı.
Hazırda PSJ Mbappeyə ilə 15 milyon avro məvacib verir. Müqavilə müddəti isə 2022-ci ildə başa çatacaq.

CANLI YAYIM