Emil Balayev: "Finlandiya və Norveç klubları ilə danışıqlar aparıram"

14 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Tobol”dan ayrılan Emil Balayevin özünə klub tapa bilməməsi gündəmdə əsas müzakirə mövzularındandır.
Millimizin qapıçısını transfer etmək istəyən xeyli əcnəbi klib var. “Sport24.az” portalına açıqlamasında 26 yaşlı futbolçu bir həftəyə hər şeyə aydınlıq gələcəyini bildirib: "Tobol"dan ayrılandan sonra bir sıra təkliflər, xüsusilə Belçikadan dəvət aldım. Amma hər dəfə hansısa maneə rəsmiləşmənin qarşısını aldı. Hazırda Finlandiya və Norveç klubları ilə danışıqlar aparıram. Lakin hələ dəqiq bir məlumat yoxdur. Düşünürəm ki, bir həftə ərzində məsələ qətiləşəcək".
Xatırladaq ki, "Tobol"la Balayev arasında bu ilin sonunadək olan müqavilə yanvarın 31-də qarşılıqlı razılıqla pozulub.

CANLI YAYIM