"Real" Lautaro Martinesi transfer etmək istəyir

14 Fevral, 11:16 Sosial mediada paylaşın:
“Real” klubu “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək istəyir.
Argentina mətbuatının məlumatına görə, madridlilər 22 yaşlı futbolçu üçün qarşı tərəfə 111 milyon avro təzminat ödəməyə hazırdır. Xəbərdə bildirilir ki, “Real” argentinalı hücumçuya həm də sərfəli müqavilə – ilə 14 milyon avro məvacib təklif edir. Qeyd etmək yerinə düşər ki, hələ “İnter”ə keçməzdən əvvəl Martines Kral klubunun onunla maraqlandığını demişdi. Lakin son günlər futbolçunun adının “Barselona” ilə də hallandığını vurğulayaq.

CANLI YAYIM