Plaza "Zenit"dən göndərilib

13 Fevral, 15:00 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqa turnirində mübarizə aparan Sankt-Peterburqun “Zenit” klubunun baş məşqçisi Joan Plaza istefaya göndərilib.
2018-ci ildən komandaya rəhbərlik edən ispaniyalı mütəxəssislə yolları ayırmağa səbəb “Zenit”in qeyri-qənaətbəxş çıxış etməsidir. Avroliqada 24 oyunun yalnız 7-də qalib gələn klub son pillələrdə qərarlaşır. Bütün turnirlər nəzərə alınmaqla, “Zenit” son 10 oyunun 8-də məğlub olub. Bəs, kluba rəhbərlik kimə həvalə oluna bilər?
İndilikdə “Barselona” və “Panatiniakos”un sabiq baş məşqçisi Xavyer Paskual, Sankt-Peterburq “Spartak”ında işləmiş Yuri Zdovts, Çexiya millisini çalışdırmış Ronen Ginzburq və xorvatiyalı İqor Miliçiçin adı çəkilir.

CANLI YAYIM