"Barselona" Villian Jozedən imtina edib

13 Fevral, 14:00 Sosial mediada paylaşın:
Hücumçu axtarışında olan “Barselona” “Real Sosyedad”da çıxış edən Villian Joze variantından imtina edib.
Buna səbəb San-Sebastian klubunun braziliyalı forvardın qiymətini kəskin şəkildə artırmasıdır. İspaniya mətbuatı yazır ki, “Real Sosyedad” rəhbərliyi əvvəlcə katalonların 35 milyon avroluq təklifini qəbul etsə də, sonradan məbləği 50 milyon avroya qaldırıb. Bu isə “Barselona”ya sərf etmir.
Xatırladaq ki, Suares və Dembele zədələndiklərinə görə la-liqa rəhbərliyi katalonlara ölkə daxilindən transfer etməyə icazə verib.