"Səbail" Konqo DR millisinin üzvünü transfer edib

13 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
 “Dənizçilər” Konqo Demokratik Respublikası millisinin yarımmüdafiəçisi Lema Mabidi Çikitonu transfer edib. Bu barədə klubun mətbuat xidmətinin məlumatında bildirilir ki, 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, “Səbail”də 8 nömrə ilə çıxış edəcək. Mabidi Azərbaycan klubuna Mərakeşin “Raca Kasablanka” komandasından gəlib.
Futbolçu 2011-ci ildən Konqo millisinə dəvət alır və yığmada 23 oyun keçirib.

CANLI YAYIM