"Çelsi" Zieşə görə "Ayaks"la anlaşıb

13 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Ayaks”ın yarımmüdafiəçisi Hakim Zieş karyerasını “Çelsi”də davam etdirəcək.
Hollandiya mətbuatının məlumatına görə, artıq tərəflər arasında razılıq əldə edilib. Londonlular mərakeşli futbolçunun transferi üçün 40-45 milyon avro ödəyəcək. Əslində, “zadəganlar” Zieşin keçidini yanvar ayında həll etmək istəyirdi, amma “Ayaks” futbolçusunu buraxmadı.
Hakim Zieş bu mövsüm erediviziyada keçirdiyi 18 oyunda 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

CANLI YAYIM