Rafiq Hüseynov 9 ildən sonra Avropa çempionu olub

13 Fevral, 10:33 Sosial mediada paylaşın:
Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
82 kq çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov final qarşılaşmasında Bolqarıstan pəhləvanı Daniel Aleksandrovu məğlub edərək 8 ildən sonra yenidən fəxri kürsünün qızıl pilləsinə qalxıb. Üçüncü yarış günü klassiklərimiz 2 də bürünc medal əldə ediblər: 60 kq çəkidə Murad Bazarov, 72 kq-da isə Ülvi Qənizadə fərqlənib.
Bununla da yunan-Roma güləşçilərimiz Avropa çempionatını 2 qızıl və 4 bürünc medalla komanda hesabında ikinci pillədə başa çatdırıblar. Bu isə qitə turnirində Azərbaycan üçün rekord nəticədir.