"Milan" ÇL-ə getməsə, Pioli yola salınacaq

12 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Milan” Çempionlar Liqasına vəsiqə qazanmasa, baş məşqçi Stefano Pioli istefaya göndəriləcək.
Bu barədə İtaliyanın “Calciomercato” portalı xəbər verib. Lakin mənbə yazır ki, klub rəhbərliyi artıq yeni namizədlərin axtarışına çıxıb. Hətta ad da çəkilir, məsələn, Almaniyanın “Leypsiq” klubunun sabiq baş məşqçisi Ralf Ranqnik.
“Milan”ın A seriyasında 23 turdan sonra 32 xalla 10-cu pillədə qərarlaşdığını da vurğulayaq. Bu da o anlama gəlir ki, komandanı ÇL zonasından 10 xal geri qalır.

CANLI YAYIM