Hemilton "Mersedes"lə danışıqlara başlayıb

12 Fevral, 15:00 Sosial mediada paylaşın:
“Mersedes” pilotu Luis Hemilton komandanın rəhbəri Toto Volffla yeni müqavilə barədə danışıqlara başlayıb.
Böyük Britaniyanın “The Sun” nəşrinin məlumatına görə, tərəflər 180 milyon funt-sterlinq müqabilində 3 illik müqavilənin şərtlərini müzakirə edir. Nəzərə alsaq ki, tərəflər arasında mövcud razılaşmanın vaxtı başa çatıb, o halda yeni anlaşmanın müzakirəsi normaldır. Amma “Ferrari”nin Hemiltonu heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər məsələni qəlizləşdirir və təbii ki, “Mersedes” aparıcı pilotunu itirmək istəmir. Ən azı ona görə ki, britaniyalı pilot son 6 ildə “Mersedes”lə 5 dəfə dünya çempionu olub.

CANLI YAYIM