"Qəbələ" çilili hücumçu transfer edib

12 Fevral, 14:00 Sosial mediada paylaşın:
“Qəbələ” komandası heyətinə daha bir yeni futbolçu cəlb edib.
Klubun rəsmi saytı xəbər verir ki, bölgə təmsilçisi çilili hücumçu Rodriqo Qattasla anlaşıb. Tərəflər 1,5 il müddətinə müqavilə imzalayıblar. 2009-cu ildən peşəkar karyerasına başlayan 28 yaşlı forvard Çilinin müxtəlif klublarında çıxış edib. Qattasın son komandası isə Kanadanın “York9” kollektivi olub.

CANLI YAYIM