Anyelli Sarriyə güvənir

12 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Yuventus”un prezidenti Andrea Anyelli baş məşqçi Mauritsio Sarri ilə gələcək əməkdaşlıq məsələsini müzakirə edib.
Mütəxəssisi şam yeməyinə dəvət edən klub rəhbəri ona güvəndiyini deyib. Amma Anyelli komandanın daha yaxşı oynamalı olduğunu Sarrinin diqqətinə çatdırıb. Prezident baş məşqçidən İtaliya kubokunun yarımfinalında “Milan”a, ÇL-in 1/8 finalında isə “Lion”a qalib gəlməyi, bir növ, tələb kimi irəli sürüb.
Xatırladaq ki, Anyelli ötən mövsüm ÇL-in 1/8 finalında “Atletiko” ilə oyundan öncə o vaxtkı baş məşqçi Massimiliano Alleqri ilə də şam süfrəsi arxasında əyləşmişdi.

CANLI YAYIM