Yürgen Klinsmann istefa verib

12 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Herta”nın baş məşqçisi Yürgen Klinsmann istefa verib.
Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssis təxminən 3 ay əvvəl – ötən ilin noyabrında həmin vəzifəyə təyin olunmuşdu. Qarşısına böyük məqsədlər qoyan “Herta” qış transfer müddətində 78 milyon vəsait xərcləmişdi. Bütün bunların fonunda Klinsmannın vəzifəsindən getməsi əksəriyyətin, xüsusilə də klub rəhbərliyinin təəccübünə səbəb olub.
Yürgen isə istefa qərarını belə izah edib: “Baş məşqçi kimi etimada ehtiyacım var. Elitada qalmaq uğrunda mübarizə aparırsansa, birlik çox vacibdir. Bunlar yoxdursa, məşqçi kimi potensialını aça bilməzsən. Qərarımı xeyli düşünüb verdim. Hesab edirəm ki, indiki halda fəaliyyətimi “Herta”nın Müşahidə Şurasında davam etdirməyim daha doğrudur”. 21 turdan sonra komandanın 23 xalla bundesliqada 14-cü pillədə qərarlaşdığını da qeyd edək.