Sənan Süleymanov Avropa çempionu olub

12 Fevral, 10:44 Sosial mediada paylaşın:
 Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz uğurlu çıxış edirlər.
77 kq çəki dərəcəsində Sənan Süleymanov karyerasında ilk dəfə qitənin ən güclüsü adını qazanıb. Azərbaycan pəhləvanı finalda qarşılaşmasında macarıstanlı Zolton Levaiyə qalib gəlib.
Çempion olacağına böyük ümidlər bəslənən Eldəniz Əzizli, həmçinin imkanları yüksək qiymətləndirilən İslam Abbasov isə mübarizəni bürünc medalla tamamlayıblar: 55 kq çəkidə Eldəniz yerli güləşçi Covanni Freni üzərində təmiz qalibiyyətə nail olub, 87 kq-da isə İslam litvalı Eyvidas Stankyaviçyusu məğlub edib – 6:2.