Kurtua la liqada yanvar ayının ən yaxşı oyunçusu seçilib

11 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya la-liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Kral klubunun “Xetafe”, “Sevilya” və “Valyadolid”lə oyunlarda qalib gəlməsində böyük rol oynayan belçikalı qolkiper cəmi 1 top buraxıb. “Real” hazırda turnir cədvəlində ilk sırada qərarlaşıb: komanda 23 oyunda 52 xal toplamaqla ən yaxın izləyicisi “Barselona”nı 3 xal qabaqlayır.
“Real” 24-cü turda öz meydanında “Selta” ilə üz-üzə gələcək.

CANLI YAYIM