"Napoli" Qattuzonu saxlamayacaq

11 Fevral, 14:00 Sosial mediada paylaşın:
Mövsüm başa çatan kimi Cennaro Qattuzo “Napoli”dən gedəcək.
İtaliya mətbuatı klub prezidenti Aurelio De Laurentisin 42 yaşlı mütəxəssislə çalışmaq istəmədiyini yazır. Cəmi 2 ay əvvəl müəmmalı şəkildə təcrübəli Karlo Ançelottinin yerinə gətirilən Qattuzo ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. İşlərin heç də qaydasında getmədiyini görən klubun səlahiyyət sahibləri razılaşmanın müddətini artırmaqda maraqlı deyillər.
Xəbərdə hətta De Laurentisin hazırda namizədlər haqda fikirləşdiyi bildirilir.

CANLI YAYIM