Bakıda Türkiyə millisinin oyunlarına 30 mindən çox bilet satılıb

11 Fevral, 12:00 Sosial mediada paylaşın:
AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Tədbirdə oyunlara bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, 125, 75 və 30 avro olmaqla, üç kateqoriyalı biletləri internet vasitəsilə əldə etmək mümkündür. Mart ayından isə bilerlərə fiziki olaraq sahib çıxmaq mümkün olacaq. Bundan başqa, tədbirdə Bakıdakı Uels – İsveçrə (19.059), Türkiyə – Uels (32.000), İsveçrə – Türkiyə (30.147) və 1/4 final görüşünə (37.634) ümumilikdə 118.840 bilet satıldığı açıqlanıb. Hər iştirakçı komanda üçün 8 min bilet ayrılıb, qalan biletlər isə ictimaiyyət üçün nəzərdə tutulub.