"Mançester Yunayted" yayda Aleksis Sançesi transferə çıxaracaq

11 Fevral, 10:51 Sosial mediada paylaşın:
Hazırda icarə əsasında “İnter”də çıxış edən Aleksis Sançes yayda “Mançester Yunayted”i tərk edəcək.
İngiltərə mətbuatının məlumatına görə, klub rəhbərliyi artıq çilili hücumameyilli yarımmüdafiəçini əvəzləyə biləcək oyunçu axtarışındadır. Hərçənd bir müddət öncə mançesterlilərin baş məşqçisi Ole Qunnar Sulşer mətbuata açıqlamasında Sançesin yayda geri qayıdacağını demişdi. Media mənsubları isə Sulşerin bunu oyunçunun transfer qiymətinin aşağı düşməməsi üçün söylədiyini yazırlar.
Deyilənlər doğrudursa, deməli, “mankunyanlar” yayda iki hücumçu və bir yarımmüdafiəçi ilə güclənəcək.

CANLI YAYIM