Dürant: "Oklahoma Siti"də komandanın yeganə oyunçusu olmaqdan bezdim"

10 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Bruklin”in forvardı Kevin Dürant ESPN-ə açıqlamasında bir neçə maraqlı etiraf edib.
32 yaşlı basketbolçu 2016-cı ildə “Oklahoma Siti”dən “Bruklin”ə keçməsindən danışıb: “Tander”ə atletlərin sayı çox idi, amma onlar arasında istedadlı basketbolçular, snayperlər və oyun qurucuları az idi. Mən dəyişikliyin zəruriliyini anladım. Komandanın yeganə oyunçusu olmaqdan bezdim. Elə atışları mən həyata keçirməli idim”.
Dürant  “Qolden Steyt”də Dreymond Qrinlə münasibətləri haqda da fikirlərini bölüşüb: “Onunla komandanın gözü önündə söz savaşına çıxdım, amma hamı olanları eşitməzliyə vurdu. Ona görə də mən elə hamının iştirakı ilə məsələyə aydınlıq gətirmək istəyirdim. Çünki biz bir ailə kimi idik. Təəssüf ki, heç kim heç nə eşitmək istəmədi. Belə olan halda isə ancaq özüm haqda fikirləşməyə başladım”.

CANLI YAYIM