Reynaldo: "Hədəfim Gürcüstan çempionu olmaqdır"

10 Fevral, 14:00 Sosial mediada paylaşın:
"Qarabağ"ın sabiq hücumçusu Reynaldonun yeni klubu bəlli olub.
31 yaşlı braziliyalı futbolçu karyerasını Batumi “Dinamo”sunda davam etdirəcək. “Dinamo”nun baş məşqçisi Qia Qequçadze transferlə bağlı danışarkən belə deyib: "Yüksək səviyyəli futbolçudur və ona böyük ümid bəsləyirəm. Tibbi müayinədən keçsin, sonra kollektivlə birgə çalışmağa başlasın, görək nə olur". 
Reynnaldo karyerasında yaddaqalan məqamlar olduğunu və indi bunu "Dinamo"da davam etdirmək istədiyini diqqətə çatdırıb: "Əlimdən gələni edəcəyəm. Bura gəlməyə ona görə qərar verdim ki, komandanın iddialı olduğunu dedilər. Hədəfim Gürcüstan çempionu olmaqdır".

CANLI YAYIM