Elvin Yunuszadə: "Məni "Çelik"ə baş məşqçi Ümit Özat dəvət etdi"

10 Fevral, 13:00 Sosial mediada paylaşın:
Bir neçə gün öncə Bosniya-Herseqovinanın “Çelik” klubuna keçən Elvin Yunuszadə seçimi haqda danışıb.
“Azerisport.com” saytına açıqlamasında futbolçu onu komandaya Ümit Özatın dəvət etdiyini söyləyib: “Çelik”lə mövsümün sonuna qədər müqavilə imzalamışam. Doğrusu, bu transferi gözləmirdim. Bosniya-Herseqovina millisinin bəzi oyunçuları ilə tanış idim, amma məni komandaya baş məşqçi Ümit Özat dəvət etdi. Mən Türkiyədə “Çelik”in Avstriya klubu ilə hazırlıq oyununu izlədim. Pis komanda deyil”.

CANLI YAYIM