"Yuventus" Dibalanı saxlamaq üçün Poqbanı transfer etmək istəyir

10 Fevral, 11:09 Sosial mediada paylaşın:
“Yuventus” Pol Poqbanı transfer etmək üçün yenidən fəallaşa bilər.
İtaliya mətbuatının məlumatına görə, belə bir ehtimal Paulo Dibala ilə əlaqədardır. Maraqlıdır, bu iki ayrı-ayrı məsələdə ümumi olan nədir və Turin təmsilçisi argentinalı yarımmüdafiəçi ilə müqaviləni yeniləmək barədə danışıqları niyə intensivləşdirib? Çünki Poqba ilə Dibala dostluq edirlər və klub rəhbərliyi argentinalı futbolçu ilə problemi də məhz Poqbanı komandaya gətirməklə həll etməyi düşünür.
Ancaq Dibala ilə “Yuve” arasında anlaşmanın baş tutub-tutmayacağı sual olaraq qalır. Razılaşmaya isə əsas əngəl argentinalının ilə 10 milyon avro məvacib istəməsidir.