Peti: "Messi Ronaldo kimi maşın deyil"

9 Fevral, 10:00 Sosial mediada paylaşın:
“Barselona”nın sabiq yarımmüdafiəçisi Emmanuel Peti Lionel Messinin “Mançester Siti”yə keçə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. 
Sabiq fransalı futbolçu hətta Leonu Kriştriano Ronaldo ilə də müqayisə edib: “Messi Kriştiano Ronaldo deyil. O, fiziki planda maşın təsiri bağışlamır. Ronaldo əsl kabusdur. Lionelin 32 yaşı var və o, ancaq 2 mövsüm də belə yüksək səviyyədə çıxış edə bilər. Hətta “Barselona”da ətrafında yüksək səviyyəli futbolçular oynasa belə, əvvəlki sürət və driblinqini nümayiş etdirə bilməyəcək. Yəqin ki, Leo karyerasının sonuna çox vaxt qalmadığını çox yaxşı anlayır. Axı “Mançester Siti” 32-33 yaşlı futbolçunu nə edir? İngiltərə futbolu Messiyə uyğun deyil”.

CANLI YAYIM