Kristoff Düqarri: "Barselona" təlxəklərin klubudur"

7 Fevral, 22:00 Sosial mediada paylaşın:
Vaxtilə “Barselona”da çıxış edən fransalı hücumçu Kristoff Düqarri sabiq komandasını tənqid edib.
1998-ci ildə Fransa millisi ilə dünya çempionu olan futbolçu Kataloniya klubunun rəhbərliyinin fəaliyyətindən narazı olduğunu bildirib: “Barselona” təlxəklərin klubudur. Bu komandada hər şey tərsinə gedir. Məsələn, onlar Koutinyo və Dembeleni transfer ediblər, indi isə bu futbolçuları satmağa hazırdırlar. Məndə elə təəssürat yaranıb ki, bu klubun uzunmüddətli layihələri yoxdur. Hazırda “Barsa”nın problemləri başından aşır. Bu klubda işləyən peşəkar insanlar azdır”.

CANLI YAYIM