Li Na koronavirusla mübarizə məqsədi ilə fonda 430 min dollar köçürüb

8 Fevral, 10:00 Sosial mediada paylaşın:
Vaxtilə WTA reytinqində ikinci pillənin sahibi olan Li Na koronavirusla mübarizə məqsədi ilə Pekin Xeyriyyə Fonduna 430 min dollar köçürüb.
Qeyd edək ki, 37 yaşlı sabiq raketka ustası epidemiyanın yayıldığı Uxan şəhərində dünyaya gəlib. Hazırda Çində bu xəstəliyə yoluxanların sayı 31 min nəfəri ötüb. Xatırladaq ki, Li Na karyerası ərzində 9 dəfə WTA turnirlərinin qalibi olub. Çinli tennisçinin ən böyük uğuru 2011-ci ildə “Roland Garros” və 2014-cü ildə “Australian Open”i qazanması olub.
Li Na 2014-cü ildə karyerasını başa vurub.

CANLI YAYIM