Qvardiola: "Messi karyerasını "Barselona"da bitirəcək"

8 Fevral, 09:00 Sosial mediada paylaşın:
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Lionel Messini transfer etmək istəkləri ilə bağlı şayiələrə aydınlıq gətirib.
İspaniyalı mütəxəssis argentinalı futbolçunun gələcək karyerası haqda bunları söyləyib: “Messi “Barselona”nın oyunçusudur. O, məhz həmin klubda qalacaq. İstəyi də bundan ibarətdir. Başqa klubun futbolçuları ilə bağlı fikir bildirmək fikrində deyiləm. Mənə elə gəlir ki, Leo karyerasını “Barsa”da bitirəcək. Elə mən də bunu istəyirəm”.
Xatırladaq ki, bir müddət öncə Messi “Barselona”nın idman direktoru Erik Abidalla münaqişə yaşamış və mətbuat belə bir vəziyyətdə “Mançester Siti”nin Lioneli transfer etmək istəyi ilə bağlı məlumat yaymışdı.

CANLI YAYIM