Uqu Almeyda karyerasını başa vurub

7 Fevral, 17:00 Sosial mediada paylaşın:
Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya millisinin sabiq futbolçusu Uqu Almeyda karyerasını bitirdiyini açıqlayıb.
Mətbuata açıqlama verən 36 yaşlı hücumçu “Akademika”nın 23 yaşlı futbolçulardan ibarət komandasında məşqçiliyə başlamaq istəyir. Almeydanın “Beşiktaş” və “Akademika”dan başqa, “Portu”, “Verder”, “Kuban”, “Anji” AEK, “Hayduk”  və “Hannover” klublarında çıxış etdiyini də xatırladaq.
O, Portuqaliya millisinin heyətində keçirdiyi 57 oyunda 19 qol vurub.