Formula 1 komandaları Çinin təkliflərini qəbul etmir

7 Fevral, 15:00 Sosial mediada paylaşın:
Formula 1 komandaları Çin Qran-prisinin vaxtının daha uzaq tarixə dəyişdirilməsinin əleyhinədirlər.
Almaniyanın “Auto Motor und Sport” nəşrinin məlumatına görə, Çin Qran-prisinin Təşkilat Komitəsi avqustun 9-nu təklif edir. Bu da o deməkdir ki, çinlilər yarışı Macarıstan qran-prisindən 1 həftə sonra keçirmək istəyir. İştirakçıların təklifi etirazla qarşılaşması isə məhz Macarıstan sınağının ardınca Formula 1 komandaları üçün istirahət nəzərdə tutulur. Paralel olaraq Braziliyadakı yarışla Şanxay qran-prisinin yerinin dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bu varianda isə narazılığa səbəb komandaların ardıcıllıqla 3 ayrı qitəyə yollanmaq istəməmələridir.
İndilikdə koronavirus təhlükəsinə görə aprelin 5-də təşkil edilməli Çin qran-prisinin nə vaxt baş tutacağı qeyri-müəyyən olaraq qalır.

CANLI YAYIM