Kaka: "PSG Çempionlar Liqasını qazansa, "Qızıl top" Neymara veriləcək"

7 Fevral, 14:00 Sosial mediada paylaşın:
Braziliya millisinin sabiq futbolçusu Kaka inanır ki, Neymar bu il “Qızıl top” mükafatına sahib çıxacaq.
Mətbuata açıqlamasında “Milan”ın sabiq üzvü bunun üçün PSJ-nin Çempionlar Liqasını qazanmalı olduğuna diqqət çəkib: “Neymar vaxtilə mənim qazandığım uğuru bu il təkrarlaya bilər. Yəni, onun “Qızıl top” mükafatını qazanması mümkündür. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. PSJ Çempionlar Liqasının qalibi olsa, böyük ehtimalla “Qızıl top” mükafatı da Neymara veriləcək”.
Xatırladaq ki, Kaka 2007-ci ildə bu mükafata sahib çıxıb. Həmin vaxtdan bəri isə heç bir braziliyalı futbolçu “Qızıl top”a layiq görülməyib.

CANLI YAYIM