"Mançester Yunayted" maliyyə problemləri ilə üzləşə bilər

7 Fevral, 11:52 Sosial mediada paylaşın:
“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanmasa, maliyyə problemləri ilə üzləşə bilər.
İngiltərə mətbuatının məlumatında deyilir ki, sponsorlar komandanın avrokuboklarda uğursuz çıxışından narazıdır, müntəzəm olaraq ÇL-dən kənarda qalmaq onların planlarına ciddi şəkildə mənfi təsir göstərir. Nəticədə şirkətlər kluba maliyyə vəsaiti ayırmaq istəmir.
Bir fakta diqqət yeriək: mançesterlilər mövsümü ÇL zonasında bitirə bilməsə, “Adidas” kluba ödəyəcəyi məbləği 20 milyon avro azaldacaq. Digər şirkətlərin də əməkdaşlığı dayandıra biləcəyi barədə ehtimallar var.