Messi "Barselona"da prezidentin dəyişməsini istəyir

7 Fevral, 10:45 Sosial mediada paylaşın:
Lionel Messi “Barselona”nın prezidenti Xosep Bartomeunun istefa verməsini istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bəzi mənbələrin yazdığına görə, argentinalı futbolçu həm də Çavi Ernandesin baş məşqçiliyə gətirilməsini arzulayır. Xatırladaq ki, bir neçə gün əvvəl Leo klubun idman direktoru Erik Abidalın bəzi futbolçuların Valverdenin dövründə oyuna can yandırmadıqları iddiasına sərt reaksiya vermişdi. Messi fransız funksionerdən faktlarla danışmağı tələb etmişdi.

CANLI YAYIM