Kovinqton: "Makqreqor dələduzdur"

6 Fevral, 17:00 Sosial mediada paylaşın:
Məşhur qaydasız döyüşcü Kolbi Kovinqton yenidən Konor Makqreqora meydan oxuyub.
31 yaşlı amerikalı deyib ki, irlandiyalı ondan çəkinir və ancaq zəif rəqiblərlə döyüşür: “Əlbəttə, Konorla qarşıılaşmaq istəyirəm. Ona dünyanın ən güclü qaydasız döyüşçüsü olduğumu sübut etməyə hazıram. Amma məsələ ondadır ki, Makqreqor dələduzdur. O, oktaqonu ancaq cırtdanlarla bölüşməyi sevir. İndiyə qədər heç bir normal döyüşçü ilə qarşılaşmayıb. Elə ona görə də, böyük ehtimalla, mənimlə də üz-üzə gəlməyəcək. Ondan fərqli olaraq mən istənilən döyüşçü ilə qarşılaşmağa hazıram. Əsl çempionlar belə edir”.
Xatırladaq ki, ötən ilin dekabrında Kolbi Kamar Usmana uduzaraq UFC versiyası üzrə ortaçəki dərəcəsində dünya çempionluğundan məhrum olub.