"Barselona"nın hücumçu almağa icazəsi var

6 Fevral, 16:00 Sosial mediada paylaşın:
Luis Suares və Usman Dembele zədə səbəbindən mövsümün sonuna qədər oynaya bilməyəcəklər.
Ona görə transfer pəncərəsi bağlansa da, “Barselona” heyətinə bir futbolçu daxil edə bilər. İspaniyanın “Marca” nəşrinin məlumatına görə, la-liqanın reqlamentində belə çətin vəziyyətə düşən komandalara güzəşt edilə biləcəyi ilə bağlı xüsusi bənd var. Amma yalnız İspaniya daxilindən oyunçu transferinə icazə verilir.
Xəbərdə bildirilir ki, “Barselona”nın hədəfində olan futbolçular “Jirona”dan Kristian Stuani, “Real Sosyedad”dan Villian Joze, “Betis”dən Loren, “Vilyarreal”dan Karlos Bakka, “Valensiya”dan Kevin Qameyro və “Xetafe”dən Anxel, Xorxe Molina, Xayme Mata, Deyversondur.

CANLI YAYIM