Barikello: "Hemilton Şumaxerin rekordunu yeniləyə bilər"

6 Fevral, 14:00 Sosial mediada paylaşın:
Sabiq Formula 1 pilotu, braziliyalı Rubens Barikello nüfuzlu turnirdə çempionluq sayından danışıb.
O, Luis Hemiltonun əfsanəvi Mikael Şumaxeri arxada qoya biləcəyini istisna etməyib: “Luis çox güclü pilotdur. Onun son 6 ildə 5 dəfə çempion olması təsadüfi deyil. Həm də nəzərə alaq ki, yaşlı da deyil. Zənnimcə, Şumaxerin rekordunu yeniləmək üçün hər cür imkanı var”. Qeyd edək ki, britaniyalı pilot 84 dəfə Qran-pri qalibi olmaqla yanaşı, 6 dəfə dünya çempionluğunu bayram edib. Şumaxer 7 çempionluq və 91 qələbə ilə liderdir.
Barikellonun 2000-2005-ci illərdə “Ferrari”də Şumaxerin komanda yoldaşı olduğunu və braziliyalının ən yüksək nəticəsinin 2 dəfə vitse-çempion adını qazandığını da xatırladaq.

CANLI YAYIM