"Nyu-York Niks"in prezidenti istefaya göndərilib

5 Fevral, 14:00 Sosial mediada paylaşın:
MBA-da mübarizə aparan “Nyu-York”un prezidenti Stiv Mills istefaya göndərilib.
ABŞ mətbuatının məlumatına görə, bundan sonra kluba “Niks”in baş meneceri Skott Perri nəzarət edəcək. 2017-ci ildən baş menecer kimi fəaliyyət göstərən Perri klub prezidenti olmaq üçün “Nyu York”la 5 illik müqavilə imzalayıb.
Yeri gəlmişkən, bu mövsüm müntəzəm çempionatda keçirdiyi 51 oyunda 15 qələbə qazanan “Niks” Şərq konfransında 13-cü pillədədir.

CANLI YAYIM