Coşua Kinşasada rinqə çıxmaq istəyir

29 Yanvar, 17:37 Sosial mediada paylaşın:
Entoni Coşuanın döyüşlərinin təşkilatçısı olan məşhur proumoter Eddi Hirn britaniyalı boksçunun Kinşasada döyüş keçirə biləcəyini söyləyib.
Bu da səbəbsiz deyil. 1974-cü ildə keçmiş adı Zair olan Konqo Demokratik Respublikasında Məhəmməd Əli ilə Corc Forman üz-üzə gəlmiş və həmin döyüş tarixə “Cəngəllikdə guppultu” adı ilə düşmüşdü. Məhəmməd Əlinin 8-ci raundda nokautla qalib gəldiyi döyüşün təşkilatçısı isə əfsanəvi proumoter Don Kinq olmuşdu.
Eddi Hirn məhz həmin tarixi anı yenidən canlandırmaq üçün belə bir ideya irəli sürüldüyünü bildirib: “Bəlkə də həmin döyüşün keçirildiyi məkan boks tarixinin ən məşhur yeridir. Düşünürəm ki, ənənələri yaşatmaq lazımdır. Mən yaddaqalan bir neçə döyüşün təşkilatçısı olmuşam. Entoni boksda iz qoyub getmək istəyir. Coşua dünyanın az qala hər yerində döyüş keçirib. Həmin siyahıya Afrika və Uzaq Şərqin də əlavə olunmasının nəyi pisdir ki?”

CANLI YAYIM