Coşua qaydasız döyüşlə məşğul olmaq istəmir

28 Yanvar, 18:00 Sosial mediada paylaşın:
WBA Super, WBO, İBF və İBO versiyaları üzrə dünya çempionu Entoni Coşua gələcəkdə qaydasız döyüşlə məşğul olacağını istisna edib.
 “The Sportsmen” nəşrinə müsahibə verən britaniyalı boksçu bunları deyib: “Qaydasız döyüşlə məşğul olanların oktaqonda göstərdiklərinə hörmətlə yanaşıram. Onların da boksçulara hörmət etdiyini düşünürəm. Hələ ki, boksla məşğulam. Qaydasız döyüşə isə keçmək istəməzdim. Çünki yaş öz işini görür və orada mənə işgəncə verərlər. Oktaqona çıxsam, gözlərimi yerindən çıxararlar”.

CANLI YAYIM