Tofiq Musayevin adı MDB-də ilin 10 ən güclü qaydasız döyüşçüsü arasına düşüb

28 Yanvar, 17:00 Sosial mediada paylaşın:
“TurStat” idman və turizm portalı MDB məkanında ən yaxşı MMA döyüşçülərinin reytinqini açıqlayıb.
 Cədvəldə MMA döyüşçülərinin çəki dərəcələri nəzərə alınmayıb. 2019-cu ildə MDB  məkanında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı arsında həmvətənimiz Tofiq Musayev də var. Xatırladaq ki, o, 2019-cu il dekabrın 31-də RIZIN Qran-Prisində qalib gəlib. Digər 9 döyüşçüyə gəlincə, bunlar Həbib Nurmaqomedov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Maqomedşaripov və Maqomed İsmayılov (hamısı Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan) və Loyk Rəcəbovdur (Tacikistan).
Onu da qeyd edək ki, reytinq cədvəli döyüş həvəskarları arasında internet sorğusunun yekunlarına əsasən tərtib edilib.

CANLI YAYIM