Ramos məşqə Brayantın forması ilə çıxıb

28 Yanvar, 16:00 Sosial mediada paylaşın:
“Real”ın kapitanı Serxio Ramos faciəli surətdə dünyasını dəyişmiş Kobi Brayanta ehtiram əlaməti olaraq məşqə basketbolçunun ABŞ millisində çıxış etdiyi 10 nömrəli forma ilə çıxıb.
Məşqdən öncə isə bütün heyət “Leykers”in əfsanəvi basketbolçunun xatirəsini 1 dəqiqəlik sükütla yad edib. Xatırladaq ki, Kobi Brayant yanvarın 26-da helikopter qəzasında 13 yaşlı qızı ilə birgə həlak olub. 1996-2016-cı illərdə, 20 mövsüm MBA-da xarüqələr yaradan böyük top ustası 5 dəfə çempion olub.
Kobinin 2 dəfə final seriyasının ən dəyərli oyunçusu mükafatınını qazandığını da qeyd edək.

CANLI YAYIM