Suso "Milan"ı "Sevilya"ya dəyişir

28 Yanvar, 15:00 Sosial mediada paylaşın:
“Sevilya” “Milan”ın yarımmüdafiəçisi Susonun transferinə nail olub.
“La Gazzetta dello Sport” nəşri yazır ki, ispaniyalı futbolçu əndəlüslülərlə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. Amma qarşıdakı 6 ay ərzində Susonun “Milan”da icarə əsasında oynayacağı bildirilir. Yayda isə “Milan”a 20 milyon avro ödəyəcəyi təqdirdə ispanlar 26 yaşlı oyunçunun tamhüquqlu sahibinə çevriləcək. Suso özü də “Milan”dan getmək istəyir və bu barədə klub rəhbərliyini də məlumatlandırıb.
Bu mövsüm Susonun “Milan”da 17 oyuna 1 qol vurduğunu və 2 məhsuldar ötürmə etdiyini də xatırladaq.

CANLI YAYIM