Fyuri: "Vaylder tarixin ən güclü pançerlərindən biridir"

27 Yanvar, 17:00 Sosial mediada paylaşın:
Superağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri rəqibi Deontey Vaylder haqda fikirlərini bölüşüb.
Böyük britanliyalı əlcək ustası onu tarixin ən güclü boksçularından biri kimi təqdim edib: “Rəqəmlər heç vaxt yalan demir. Vaylder tarixin ən güclü pançerlərindən biridir. 43 rəqibi nokauta göndərmək fantastik göstəricidir. İndiyə qədər hansısa boksçunun bu qədər nokaut etdiyini eşitməmişəm. O mənimlə ilk görüşdə də buna yaxın idi. Çox güclü zərbələri var”.
Xatırladaq ki, Tayson Fyuri - Deontey Vaylder döyüşü fevralın 22-də Las-Veqasda keçiriləcək. Bu, tərəflər arasında ikinci qarşılaşmadır. Onlar ilk dəfə 2018-ci ildə üz-üzə gəlmiş və gərgin mübarizə heç-heçə nəticələnmişdi. Menecerlərin sözlərinə görə, qarşıdakı döyüşün nəticəsindən asılı olmayaraq, tərəflər rinqdə 3-cü dəfə də üz-üzə gəlmək niyyətindədir.