Hemilton "Mersedes"dən ilə 60 milyon dollar məvacib tələb edir

26 Yanvar, 14:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə 6 qat dünya çempionu Lüis Hemiltonla “Mersedes” yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir.
Bir müddət öncə tərəflər 90 milyon dollar müqabilində 2 illik yeni sövdələşməyə razılıq verməsi ilə bağlı məlumatlar yayılsa da, indi də britaniyalı pilotun fikrini dəyişməsi haqda xəbər dolaşır. İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşrinin məlumatına görə, Hemilton maksimum 2025-ci ilə qədər müqavilə tələb edir. Bununla yanaşı o, ilə 60 milyon dollar məvacib almaq istəyir. Almaniya komandası Hemiltonla uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır, sadəcə britaniyalının maliyyə şərtləri onları qane etmir.
Xatırladaq ki, Hemiltonun “Mersedes”lə müqavilə müddəti bu ilin sonunda başa çatır.

CANLI YAYIM