"Liverpul" İskonu transfer etmək istəyir

25 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Liverpul” “Real”ın yarımmüdafiəçisi İskonu transfer etmək istəyir.
Bu barədə İtaliyanın məşhur “calciomecracto” portalı məlumat yayıb. Mənbənin məlumatına görə, İsko ilə “Yuventus” və premyer liqanın bir neçə klubu da maraqlanır. Amma mersisaydlılar bir neçə aydır ki, ispaniyalı yarımmüdafiəçini transfer etmək barədə planlar cızır. Xatırladaq ki, İsko 2013-cü ildən “Real”ın şərəfini qoruyur. O, buna qədər “Malaqa” və “Valensiya”da da çıxış edib. Onunla “Real” arasında müqavilə müddəti 2022-ci ilin iyunun 30-da başa çatır.
Cari mövsüm madridlilərin heyətində 17 oyuna çıxan və bir qol vuran 27 yaşlı futbolçu 50 milyon avro müqabilində iş yerini dəyişə bilər.

CANLI YAYIM