"Qarabağ"ın yeni hücumçusunun müqavilə müddətini açıqlanıb

24 Yanvar, 17:00 Sosial mediada paylaşın:
"Qarabağ" yeni transferi Ovusu Kvabena ilə imzalanan müqavilənin müddətini açıqlayıb.
Ağdam təmsilçisi "Leqanes"dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayıb. Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qol vurub. O, ölkəsinin əsas millisində 4 oyuna çıxıb.
Ovusu Kvabena İspaniyada həmçinin “Toledo”, “Ovyedo”, “Kartaxena” və “Salamanka” klublarında oynayıb.