Todibo: "Məşqlərdə Messiyə qarşı səliqəli oynayırıq"

24 Yanvar, 15:30 Sosial mediada paylaşın:
Bu günlərdə icarə əsasında “Şalke”yə keçən “Barselona”nın müdafiəçisi Jan-Kler Todibo Kataloniya klubundakı məşq prosesindən danışıb.
O, məşqdə Messiyə qarşı ehtiyatlı oynadıqlarını dilə gətirib: “Hamı yaxşı başa düşür ki, Messi zədələnməməlidir. Məşqlərdə Leoya qarşı səliqəli oynayırıq. Şəxsən mən Messidən çox şey öyrənmişəm. Bir neçə dəfə ona qarşı sürüşmə fəndi tətbiq etsəm də, bunu çox ehtiyatlı şəkildə həyata keçirmişəm”.

CANLI YAYIM