David Silva hər il "Real"ın təklifini rədd edib

24 Yanvar, 14:30 Sosial mediada paylaşın:
“Mançester Siti”nin yarımmüdafiəçisi David Silva hər il “Real”ın təklifini rədd etdiyini bildirib.
Bunun isə maraqlı tarixçəsi var. Yeniyetməlik çağında Kanar adalarında yaşayan Silva madridlilərin bazasına baxışa yollanıb və bəyənilib, amma atası “Real”a keçməsinə icazə verməyib. Belədə David də atasına heç vaxt “Real”da oynamayacağını deyib. İspaniyanın “AS” nəşrinə açıqlama verən Silvanın dedikləri: “Real” mənə dəfələrlə dəvət göndərib, lakin mən təklifi qəbul etməmişəm. 14 yaşıma qədər isə ancaq doğma şəhərimin komandasında çıxış etmişəm”.
Xatırladaq ki, 34 yaşlı Silva “Valensiya”nın yetirməsidir, 2010-cu ildə təxminən 30 milyon avroya “Mançester Siti”yə transfer olunub.  Bu mövsüm İngiltərə çempionatında 18 oyun keçirən ispaniyalı 3 qol vurub və 7 məhsuldar ötürmə edib.