"Tottenhem" Villian Jozeni istəyir, amma...

24 Yanvar, 13:00 Sosial mediada paylaşın:
“Tottenhem” komandası “Real Sosyedad”ın hücumçusu Villan Jozeni transfer etməyi planlaşdırır.
Lakin londonlular bu məsələdə qarşı tərəflər razılığa gələ bilimir. İspaniyanın “Cadena Ser” radiosu xəbər verib ki, İngiltərə təmsilçisi 28 yaşlı braziliyalıya görə 25 milyon avro təklif edir, ispaniyalılar isə futbolçunu 50 milyon avrodan ucuz satmağı planlaşdırmır. Villian Jozenin transfer hüququnun 30 faizi “Maldonado” şirkətinə məxsusdur. Məhz buna görə “Real Sosyedad” rəhbərliyi qiyməti qaldıraraq daha çox qazanc əldə etmək istəyir. Qeyd edək ki, “Tottenhem” Harri Keynin sıradan çıxmasına görə hücumçu axtarışına çıxıb.
Villian Jozeyə gəlincə, braziliyalı bu mövsüm keçirdiyi 22 oyunda 8 dəfə fərqlənib.