"Mançester Yunayted" Tevesi geri qaytarmaq istəyir

24 Yanvar, 12:40 Sosial mediada paylaşın:
“Mançester Yunayted” argentinalı Karlos Tevesi yenidən heyətinə cəlb etmək istəyir.
Bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, mançesterlilər hazırda “Boka Xuniors”da çıxış edən 35 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir. Markus Reşfordun zədələnərək uzun müddətə sıradan çıxması mançesterlilər üçün hücumda problem yaradıb. Argentinalı forvardın 2007-2009-cu illlərdə “Mançester Yunayted”də çıxış etdiyini, ölkə çempionu olduğunu xatırladaq.
2018-ci ilin yanvarında “Boka Xuniors”a keçən 35 yaşlı Karlos Teves bu mövsüm 10 oyunda 3 qol vurub.

CANLI YAYIM