Kobi Brayant qadın basketbolçuları kişilərlə yanaşı tutub

23 Yanvar, 15:00 Sosial mediada paylaşın:
5 qat MBA çempionu Kobi Brayant qadınlardan ibarət basketbol liqasında çıxış edən bəzi ulduzların kişilərlə çiyin-çiyinə oynaya biləcəyini söyləyib.
“Leykers”in əfsanəsinin fikrincə, onlar MBA-da çıxış etsə, aradakı səviyyə fərqi hiss olunmaz: “Mənə elə gəlir ki, hazırda bizim qadınlardan ibarət basketbol liqasında bir neçə yüksək səviyyəli ulduz MBA-da mübarizə apara bilər. Məsələn, Dayana Taurazi, Meyya Mur, Yelena Della Done haqda ancaq xoş fikirlər səsləndirə bilərəm. Onlar çox mükəmməl oyunçudur. Adlarını çəkdiyim oyunçular kişilərlə rəqabət apara bilər”.
Qeyd edək ki, artıq MBA-da qadın hakimlərin ədaləti təmsil etdiyini görürük. Bununla yanaşı, hazırda sabiq qadın basketbolçu Bekki Hemmon “San Antonio”nun məşqçilər heyətində yer alıb. Hətta bir müddət öncə onun “Nyu York”a baş məşqçi kimi dəvət olunacağı ilə bağlı xəbərlər dolaşırdı.

CANLI YAYIM