Şefer Almeydanı tərifləyib

23 Yanvar, 14:00 Sosial mediada paylaşın:
Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun baş məşqçisi Vinfrid Şefer Riçard Almeydanın keçidi ilə bağlı fikirlərini bölüşüb.
70 yaşlı almaniyalı mütəxəssis Azərbaycan millisinin yarımmüdafiəçisinin onun komandası üçün dəyərli əlavə tapıntı olduğunu bildirib: "Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdi".
Xatırladaq ki, Şefer 2010-cu ilin iyun ayında “Bakı”nın baş məşqçisi vəzifəsinə təyin olunub. O, klubla 2 illik müqavilə imzalasa da, uğursuz nəticələrə görə 2011-ci ilin yanvarın 7-də istefaya göndərilib.

CANLI YAYIM